Evlənmə proqramında bəyi görüb ŞOK OLDU - VİDEO

28 Dekabr 2025 17:04

Televiziyada yayımlanan evlənmə proqramlarından birində maraqlı və gözlənilməz anlar yaşanıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı gəlin toy mərasimi üçün qarşısında dayanan bəyi görən kimi onun dişlərinə diqqət yetirib və böyük təəccüb keçirib.

Studiyada yaranan bu anlar həm iştirakçıların, həm də tamaşaçıların marağına səbəb olub.

Az sonra isə məsələ aydınlaşıb. Məlum olub ki, bəy gəlinə zarafat etmək məqsədilə taxma dişdən istifadə edib. Həqiqət üzə çıxandan sonra tərəflər vəziyyəti gülüşlə qarşılayıb və yaşananlar əyləncəli anlara çevrilib.

Qeyri-adi hadisə qısa müddətdə sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az