Ertem Şenerin azərbaycanlı azarkeşlərdən İSTƏYİ

24 Dekabr 2025 09:55

Türkiyəli məşhur idman aparıcısı və şərhçisi Ertem Şenerin azərbaycanlı azarkeşlərdən istəyi maraq doğurub.

Milli.Az xəbər verir ki, teleaparıcı üzünü onlara tutaraq müraciət edib:

"Sizdən bir istəyim var. Xahiş edirəm ki, öz komandanıza dəstək olun. Mən küçədə sorğu edəndə, hansı klubun azarkeşisiniz? "Neftçi", "İmişli" deyin. Mənə "Qalatasaray", "Beşiktaş", "Fənərbağça", "Trabzon" desəniz, Azərbaycan futbolu inkişaf etməz.

Bunu yaxşılığınıza deyirəm. Azərbaycanda dəstək olduğum klublar var. "Qarabağ", "Zirə", "Neftçi"ni də sevirəm".

Milli.Az