“Arsenal” yarımfinalda!

24 Dekabr 2025 09:03

Londondakı "Emirates" stadionunda İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsi çərçivəsində "Arsenal" və "Kristal Palas" üz-üzə gəlib.

Milli.Az-ın məlumatına görə, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib və "Arsenal" 8:7 hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.

Beləliklə, "topçular" yarımfinalda "Çelsi" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "Nyukasl Yunayted" və "Mançester Siti" münasibətlərinə aydınlıq gətirəcək. Yarımfinalın ilk oyunları yanvarın 12-si həftəsində, cavab görüşləri isə fevralın 2-si həftəsində keçiriləcək.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunun hazırkı sahibi ötən mövsümün finalında "Liverpul"u 2:1 hesabı ilə məğlub edən "Nyukasl Yunayted"dir.

Hüseyn
Milli.Az