Türkiyədə zəlzələ oldu

23 Dekabr 2025 23:53

Türkiyənin Konya vilayətinin Selcuklu rayonunda 3.5 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az