Hamamdan gələn pis qoxulara son: Kanalizasiya iyini tamamilə yox edən metod

24 Dekabr 2025 08:08

Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast gəlinən, lakin həlli çox vaxt yanlış axtarılan bir problemdir. Bu qoxular sadəcə narahatlıq vermir, həm də evdəki gigiyena mühitini pozur. Xüsusilə havaların dəyişdiyi və temperatur fərqlərinin artdığı dövrlərdə borularda sıxılan qazlar daha kəskin hiss olunmağa başlayır.

Milli.Az xəbər verir ki, pis qoxuların yaranması adətən bir neçə faktorun birləşməsidir:

Borularda və sifonlarda toplanan üzvi tullantılar (saç, sabun qalıqları və s.);

Uzun müddət istifadə edilməyən traplarda suyun buxarlanması;

Köhnəlmiş və ya qurumuş kipləşdiricilər (prokladkalar) səbəbindən qaz sızması;

Ventilyasiyanın zəif olması nəticəsində boru daxili təzyiqin pozulması.

Bu qoxular sadəcə estetik problem deyil. Kanalizasiya qazlarını uzun müddət tənəffüs etmək baş ağrısı, ürəkbulanma və boğazda qıcıqlanmaya səbəb ola bilər.

Mağazalarda satılan ətirli spreylər qoxunu müvəqqəti ört-basat etsə də, əsl problem borunun içində qalır. Qalıcı həll üçün boru xəttini təmizləmək və qazın geri qayıtmasının qarşısını almaq lazımdır. Bunun üçün kimyəvi maddə ehtiva etməyən, evdə asanlıqla tətbiq olunan üsullar olduqca effektlidir.

Soda tökün: Trapa yarım stəkan qida sodası (karbonat) tökün.

Sirkə əlavə edin: Üzərinə bir stəkan ağ sirkə əlavə edin.

Gözləyin: Qarışıq köpüklənməyə başlayacaq. Bu reaksiya boru daxilindəki üzvi qalıqları parçalayır. 15-20 dəqiqə toxunmayın.

Sonda bol miqdarda isti su tökərək qalıqları tamamilə təmizləyin.

Əgər evdə uzun müddət istifadə etmədiyiniz bir kran varsa, həftədə bir dəfə oradan su axıdın ki, sifondakı su qurumasın.

Lavaboya heç vaxt işlənmiş yağ və yemək qalıqları tökməyin.

Hamamdan istifadədən sonra mütləq mühiti havalandırın.

İşlənmiş qəhvə çöküntüsünü (telve) bəzən giderə tökmək pis qoxuları neytrallaşdırmağa kömək edir.

Lalə Qüdrətova
Milli.Az