Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib.
Milli.Az xəbər verir ki, o, "Komedixana"nın konsertində canlı ifası ilə diqqət çəkib. Onun opera ifası tamaşaçıların alqışları ilə müşayiət edilib.
"Heydər Əliyev Sarayında "Komedixana"nın 3 gün davam edən "Bayram bazarlığı" adlı konserti bugün sona çatdı. Hər birinizə təşəkkür edirik əziz tamaşaçılar, var olun. Öz növbəmdə deyim ki, mənim üçün bu konsert proqramı xüsusən fərqli oldu. 3 gün ərzində sizin qarşınızda oynadığım səhnələrlə yanaşı, canlı ifam bir başqa məsuliyyəti yüklədi. O qədər gözəl geridönüş aldım, o qədər sevgi. Çox-çox sağ olun. 20 il işlək olmayan səsimlə bacardığımı etdim. Buna görə də anama təşəkkür edirəm. 7 il boyunca əlimdən tutub vokal dərslərinə inadla apardığı üçün. Hər dəfəsində də deyirdi ki, zamanı gələcək, lazım olacaq. O zaman bu zaman imiş", - deyə Zarina fikirlərini bölüşüb. (olke.az)
Milli.Az