Azər Mehralıyevə VƏZİFƏ verildi

23 Dekabr 2025 21:40

Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.

Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır.

Milli.Az