"Atletiko Madrid" Dieqo Simeone ilə bağlı qərar verdi

23 Dekabr 2025 21:38

"Atletiko Madrid" klubunda Dieqo Simeone ilə bağlı qərar verildi.

Milli.Az xəbər verir ki, klub rəhbərliyi, o cümlədən Apollo, Gil Marín və Mateu Alemani klub üçün Dieqo Simeonedən daha yaxşı heç kimin olmadığını təsdiqləyib.

Klub hesab edir ki, Simeone onların qurduğu layihəni idarə etməyə davam etməlidir. 

Rəhbərlik onun müqaviləsini 2027-ci ildən sonra da yeniləmək niyyətindədir. (Offsideplus.az)

Milli.Az