Bu da Şəbnəm Tovuzlunun qızı - FOTOLAR

23 Dekabr 2025 21:25

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Röya Ayxanla birlikdə işləyirmiş.

Milli.Az xəbər verir ki, bu barədə Röya Şəbnəm Tovuzlunun doğum günündə məlumat verib.

O bildirib ki, Şəbəm Tovuzlu onunla birlikdə çalışan Günelin anasıdır:

"Şəbnəmi bəyənirəm, mərifətli qızdır. Onun qızı da mənim yanımda çalışır. Şəbnəm Günelimin anasıdır və ona görə də gəlməsəm olmazdı. Bir də onun toyunda gələcəm".

Qeyd edək ki, Şəbnəmin qızının görüntüləri sosial mediada maraqla qarşılanıb. Hər kəs onun gözəlliyi haqqında müzakirələr aparıb.("Yeni Sabah")

Milli.Az