Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirdi

23 Dekabr 2025 19:08

Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.

Milli.Az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Məlumata görə, O.Kulaib sözü gedən ərazidə yerləşən mağazaların birinə oğurluğa girib. Bu zaman 31 yaşlı kişi tutulduğunu görərək başını divara çırpıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır. (APA)

Milli.Az