İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan Şeyma Subaşı sosial mediada etdiyi paylaşım ilə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Sakarya Qəzetinin məlumatına görə, Subaşı İnstaqram hesabında Qurani-Kərimin türkcə tərcüməsindən bir səhifə və təsbeh əks olunan foto paylaşıb. Paylaşımına isə aşağıdakı qeydi əlavə edib:
"Mən dəyişməmişəm; sadəcə ürəyimin istiqaməti daha da dərinləşib. Allah bu vəziyyəti hər kəsə nəsib etsin".
Sözügedən paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub və çoxsaylı şərhlər alıb.
Qeyd edək ki, televiziya aparıcısı Acun Ilıcalının keçmiş həyat yoldaşı olan Şeyma Subaşı istintaq xəbərlərindən sonra verdiyi ilk açıqlamada hazırda xaricdə olduğunu bildirib. O, Türkiyəyə qayıtdıqdan sonra məsələ ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib.
Fidan
Milli.Az