ChatGPT yeniləndi

23 Dekabr 2025 17:50

"OpenAI" şirkəti "ChatGPT" tətbiqinə yeni fərdiləşdirmə imkanı əlavə edib.

Milli.Az xəbər verir ki, artıq istifadəçilər süni intellektin cavab üslubunu öz zövqlərinə uyğun tənzimləyə bilirlər.

Tətbiqin fərdiləşdirmə bölməsində dörd əsas parametr mövcuddur: səmimilik dərəcəsi, həyəcan və entuziazm səviyyəsi, siyahı və altbaşlıqlara üstünlük, eləcə də emojilərdən istifadə. Hər bir parametr "daha çox", "daha az" və ya "standart" seçimləri ilə idarə olunur. Yenilik ChatGPT-nin cavablarını istifadəçiyə daha uyğun və rahat edir.

Asya
Milli.Az