Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

23 Dekabr 2025 15:34

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıından xaric edilib.

Milli.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Milli.Az