Tanınmış vizajist və stilist Nigar İbrahimova ailə həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, verdiyi açıqlamada illər əvvəl elçi düşən şəxslə yalnız 14 il sonra ailə qurmasının onda peşmanlıq hissi yaratdığını bildirib. Nigar İbrahimova deyib ki, vaxtilə özü şərait yaradıb ki, həmin şəxs başqası ilə nişanlansın. Halbuki o illərdə ailə qurmaq üçün öz imkanı olub:
"İllər öncə ailə qura bilərdim. Bu, mənim əlimdə olan bir şans idi və onu dəyərləndirmədiyim üçün peşmanam", - deyə vizajist qeyd edib.
Bununla belə, o, hazırkı həyatına fərqli prizmadan baxmağa çalışdığını da vurğulayıb. Nigar İbrahimova bildirib ki, indi öz-özünə "demək ki, belə olmalı imiş" deyir və hər şeyin qismətə bağlı olduğunu qəbul edir:
"Bu gün yazımız belə yazılıb, övladımızın da məhz indi dünyaya gəlməsi lazım imiş", - deyə o əlavə edib.
Qeyd edək ki, Nigar İbrahimovanın bu açıqlamaları sosial şəbəkələrdə geniş maraq doğurub və müzakirələrə səbəb olub.
Musa
Milli.Az