"Real Madrid" rəhbərliyi braziliyalı futbolçu Endriklə bağlı qərarını verib. Klubun gənc hücumçunu heyətdən kənarlaşdırmaq niyyətində olduğu bildirilir.
Milli.Az-ın məlumatına görə, bu qərar baş məşqçi Xabi Alonsonun klubdakı gələcəyindən asılı olmayaraq qəbul edilib. İspaniya mətbuatının yazdığına görə, Endrik mövsümün qalan hissəsini icarə əsasında Fransanın "Lion" klubunda keçirəcək.
Qeyd edək ki, mövsümün əvvəlində böyük ümidlərlə transfer olunan istedadlı braziliyalı futbolçu aldığı zədədən sonra əsas heyətdə stabil oyun şansı qazana bilməyib. Xabi Alonso hücum xəttində Kilian Mbappenin alternativi kimi Endrikdənsə Qonsalo Qarsiyaya daha çox üstünlük verib. Komandanın uğursuz çıxışlarından sonra isə Alonsonun istefası ilə bağlı iddialar gündəmə gəlmişdi.
Milli.Az