Azərbaycanın məşhur alimi vəfat etdi - FOTO

23 Dekabr 2025 11:06

Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət İsayev vəfat edib.

Milli.Az Yeni Sabah-a istinadən xəbər verir ki, F.İsayev 90 yaşında dünyasını dəyişib.

Professor Azərbaycan Tibb Universitetində çalışırdı.

Qeyd edək ki, Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N.Tusi adına ADPU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub (1956-1959).

Həmin institutda kiçik elmi işçi, baş elmi işçi işləyib (1959-1969). 1964-cü ildən həmin institutun professoru olub. 1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu Elmi Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb.

120-dən çox elmi işin, bir neçə müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik, 1 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.

Milli.Az