ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə hədiyyələr göndərib.
Milli.Az xəbər verir ki, məlumata əsasən, bu barədə Qazaxıstan mediası prezidentin köməkçisi və mətbuat katibi Ruslan Jeldibayın açıqlamasına istinadla xəbər yayıb.
Bildirilib ki, Tramp Tokayevə Ağ Evin rəmzi açarını, həmçinin üzərində şəxsi imzası olan beysbol papağı təqdim edib.
Açıqlamada qeyd olunub ki, ABŞ Prezidenti qazax həmkarına xüsusi ehtiramını ifadə edib və onu beynəlxalq məsələlərə dərindən bələd olan, düşünülmüş və balanslı mövqeyi ilə seçilən təcrübəli dövlət xadimi kimi dəyərləndirib.
Asya
Milli.Az