Qızılın qiyməti tarixi maksimumu yenilədi

23 Dekabr 2025 10:50

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Milli.Az xəbər verir ki,  bunu ticarət platformasının məlumatları göstərir.

Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 04:13-də 2.57% artaraq, bir troya unsiyasına görə 4 500.2 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 04:31-də isə qızılın qiyməti daha 2.66 faiz artaraq, 4504.1 dollara çatıb.

Milli.Az