Məşhur simaları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan əməliyyatlar davam edir.
Milli.Az xəbər verir ki, istintaq çərçivəsində film prodüseri Umut Evirgen də saxlanılıb.
Məlumata görə, Evirgen həyat yoldaşı Alina Bozun baş rolda çıxış etdiyi "Palamut Zamanı" tamaşasına baxmaq üçün Zorlu PSM-ə gedib. O, tamaşa üçün məkanda olduğu zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Jurnalist Birsen Altuntaşın verdiyi məlumata əsasən, Umut Evirgen hazırkı istintaq çərçivəsində nəzarətə götürülən son şəxs olub. Bildirilir ki, onun saxlanılması İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı ilə əlaqədardır.
Fidan
Milli.Az