"Ned's Declassified School Survival Guide" serialında Martin Qverli obrazını canlandıran aktyor Taylor Çeyzin küçədə çəkilən görüntüləri müzakirə yaradıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Çeyz Los-Ancelesə yaxın Riversayd şəhərində lentə alınıb. Onun pərəstişkarları tərəfindən küçədə lentə alınan görüntülərində köhnəlmiş geyimdə olduğu görünür.
.png)
Videoda onu çəkən şəxs onun həmin aktyor olub-olmadığını anlamağa çalışır. Buna görə də Çeyzdən "Nickelodeon" serialında rol alıb-almadığını soruşur. Aktyor isə belə cavab verir:
"Bəli, Ned's Declassified School Survival Guide serialında oynamışam" .
Şəxs onu tanıdıqdan sonra: "Bəli, sən həmin uşaqsan", - deyir.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra Taylor Çeyz üçün "GoFundMe" ianə kampaniyası yaradılıb və 1200 dollardan çox vəsait toplanıb.
Qeyd edək ki, aktyor 2004-2007-ci illərdə məşhur "Ned's Declassified School Survival Guide" serialında Martin Qverli obrazını canlandırıb.
Fidan
Milli.Az