ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar üçün mükafatı 3 000 dollara çatdırmaq qərarına gəlib.
Milli.Az xəbər verir ki, bu ödənişin cari ilin sonuna qədər ölkəni könüllü tərk etmək üçün müraciət edənlərə veriləcəyini açıqlanıb.
ABŞ hökuməti miqrantların təyyarə biletlərinin pulunu ödəyəcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar bağışlanacaq.
Qeyd edək ki, bu ilin yanvar ayından bəri 1.9 milyon qanunsuz immiqrant ABŞ-ni könüllü tərk edib.
Milli.Az