“Barışı ən çox Hande ilə yaraşdırıram”- Gupse Özay

23 Dekabr 2025 20:27

Türk aktrisa Gupse Özay maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablayarkən aktyor həyat yoldaşı Barış Arduçu rol aldığı həmkarlar arasında ən çox Hande Erçel ilə yaraşdırdığını bildirib.

Bəzi sosial media istifadəçiləri onun bu fikrini birmənalı qarşılamasa da, bəziləri onu özgüvənli olduğuna görə alqışlayıb.

Milli.Az