Müayinəyə gətirilən pişik klinikanın altını-üstünə çevirdi - baytarların başına OYUN AÇDI - VİDEO

31 Dekabr 2025 14:18

Sosial şəbəkələrdə müayinə üçün baytara gətirilən bir pişiyin görüntüləri böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, viral videoda pişik, baytar həkimlərin səbrini sınağa çəkərək hər kəsi "bali" kimi sürüşdürüb çıxıb və klinikanın içində əsl xaos yaradıb.

Məlumata görə, müayinə otağına gətirilən pişik əvvəlcə sakit görünməsinə baxmayaraq, bir anda çox aktiv davranış sərgiləyib və baytarların əlindəki ləvazimatları yerlə bir edib. Hətta videoda bir baytar işçisi qorxaraq küncə sıxılıb və situasiya olduqca komik şəkildə yadda qalıb.

Pişiyin bu davranışı izləyicilər tərəfindən həm gülüş, həm də təəccüb doğurub - izləyicilər bununbağlı çoxsaylı şərhlər yazaraq, pişiklərin baytara gedəndə necə reaksiya verdiklərini müzakirə edirlər. Bir çox sosial media istifadəçisinin paylaşdığı videolarda da pişiklərin baytar müayinəsinə getməkdən imtina etməsi və xoşagəlməz davranışlar sərgiləməsi geniş yayılıb - ümumiyyətlə pişiklər baytara qarşı çox vaxt aqressiv və ya qorxulu reaksiya verirlər. 

Hazırda bu video on minlərlə baxış toplayaraq sosial platformalarda trend mövzusudur və ev heyvanı sahibləri arasında baytar ziyarətləri ilə bağlı yeni zarafatlara yol açıb.

Musa
Milli.Az