Anar Məmmədxanovun ailəsinə ağır itki

23 Dekabr 2025 00:20

öMərhum deputat, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun rəhbəri olmuş Anar Məmmədxanovun ailəsinə ağır itki üz verib. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, mərhum deputatın anası Səidə İbrahimova vəfat edib.

Onunla vida sabah saat 11-də Təzəpir məscidində olacaq.

Xatırladaq ki, ötən ilin dekabrında isə mərhum deputatın atası vəfat etmişdi. 

Milli.Az