"Barselona" transferlər barədə qərar verdi

23 Dekabr 2025 00:12

"Barselona" rəhbərliyi transferlər barədə qərar verdi.

Milli.Az xəbər verir ki, klub maliyyə məhdudiyyətləri səbəbindən qış transfer pəncərəsində heyətini gücləndirməyəcək.

Məlumata görə, Kataloniya təmsilçisinin hazırkı maliyyə vəziyyəti yeni transferlərə imkan vermir. Klub rəhbərliyi büdcə balansını qorumağı prioritet hesab edir və mövsümün ikinci yarısında əsasən mövcud heyətlə mübarizəni davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" son illərdə maliyyə qaydaları ilə bağlı çətinliklərlə üzləşir və bu amil transfer siyasətinə birbaşa təsir göstərir. (Offsideplus.az)

Milli.Az