Qazaxda qəzada ölən Nicat hərbi polisin əməkdaşı imiş - FOTO

22 Dekabr 2025 23:01

Qazaxda maşının divara çırpılması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, qəzada həlak olan 24 yaşlı Nicat Alıyev hərbi polisin əməkdaşı olub.

Qeyd edək ki, hadisə zamanı 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az