Son zamanlar fit görünüşü və yüksək enerjisi ilə diqqət çəkən türkiyəli müğənni Gülben Ergen konsertində geyindiyi iddialı libası ilə bütün baxışları üzərinə toplayıb. Xüsusilə libasın ayaq hissəsindəki dərin dekolte sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, ifaçının səhnə performansı ilə yanaşı, stilindəki detallar izləyiciləri tərəfindən birmənalı qarşılnmayıb.
Pərəstişkarları Gülben Ergenin həm səsinə, həm də illərə meydan oxuyan tərzinə müsbət şərhlər yazıblar. Eyni zamanda müğənninin geyimini bəyənməyənlər də olub.
Lalə Qüdrətova
Milli.Az