Ağcabədidə ağır qəza - Yaralılar var - FOTO

22 Dekabr 2025 22:48

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobil "VAZ-2106" markalı maşınla toqquşub. Baş verən qəzada "VAZ"da olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"KİA" markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, "KİA" markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Fotoda: Məqsəd Həsənov

Milli.Az