Paşinyan Bakı və İrəvan arasındakı sülhdən danışdı

22 Dekabr 2025 18:48

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.

Öz növbəsində, Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O, həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Milli.Az