Xanəndə Nişanə Baxışova şəxsi həyatı ilə bağlı duyğulandıran açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, atası dünyasını dəyişdikdən 40 gün sonra anadan olub və adının seçilməsi də bununla bağlıdır.
Nişanə Baxışovanın sözlərinə görə, atası ondan yadigar qaldığı üçün ailəsi ona "Nişanə" adını verib:
"Atam vəfat edəndən 40 gün sonra dünyaya gəlmişəm. Atamdan nişanə qaldığım üçün adımı Nişanə qoyublar. Tam mənada atamdan yadigar qalmışam".
Xanəndə qeyd edib ki, atası heyvandarlıqla məşğul olub və faciəli şəkildə həyatını itirib. Onun sözlərinə əsasən, hadisə iş zamanı baş verib:
"Atam 28 yaşında olub. İş yoldaşı ilə birlikdə göldə batıb. O, suda boğulan iş yoldaşını xilas etmək istəyərkən hər ikisi həyatını itirib".
Sənətçinin bu açıqlaması dinləyicilər və izləyicilər arasında böyük təsir yaradıb, sosial şəbəkələrdə duyğulu rəylərlə qarşılanıb.
Musa
Milli.Az