Belə toyuqları almayın - Rəngindən bilinir

25 Dekabr 2025 19:18

Toyuq ətindəki rənglər həm ət yağlılığı, həm də təzəlik səviyyəsi barədə ipucu verir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə ağımtıl və açıq çəhrayı ənglər adətən yağlılıq və birləşdirici toxumaların paylanmasını göstərir və təzə ət üçün normaldır. Sarımtıl ləkələr isə əsasən yağın daha çox toplandığı yerlərdə müşahidə olunur və tədqiq edilməlidir. Əgər ət qoxusuz və sərtdirsə, təhlükə yaratmır.

Ət üzərində tünd çəhrayı və ya qırmızımtıl ləkələr qan yığılması və ya toxuma zədələnməsindən qaynaqlana bilər. Lakin bu rəng təkbaşına xarablığı göstərmir. Əgər ət pis qoxursa, selikli və yumşaqdırsa, bu artıq xarab olmanın əlamətidir və belə ət istifadə edilməməlidir.

Mütəxəssislər bildirirlər ki, toyuq ətini qiymətləndirərkən rəng, qoxu və tekstura birgə nəzərə alınmalıdır ki, həm təzə, həm də sağlam ət seçmək mümkün olsun.

İsmayıl
Milli.Az