2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, turizm ekspertləri bu layihənin Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcəyini düşünürlər.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:
"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".
Daha ətraflı ATV-nin videomaterialında:
Milli.Az