İstanbul Baş Prokurorluğu tərəfindən başladılan narkotik istintaqı çərçivəsində bu yaxınlarda keçirilən əməliyyat zamanı evində tapıla bilməyən Yusuf Güney bu gün jandarma qrupları tərəfindən ifadə vermək üçün prokurorluğa aparılıb.
Milli.Az xəbər verir ki, Yusuf Güneyin ifadəsi və qan nümunəsi götürüldükdən sonra sərbəst buraxılacağı bildirilib.
İstanbul Baş Prokurorluğu tərəfindən başladılan məşhurları hədəf alan narkotik araşdırması davam edir.
Qeyd edək ki, ötən həftə keçirilən əməliyyatda Danla Bilic, Mümmine Senna Yıldız, Aleyna Tilki və İrem Sak da daxil olmaqla bir neçə şəxs saxlanılıb. Eyni əməliyyatda adı çəkilən, lakin xaricdə olduğu müəyyən edilən şəxslər haqqında həbs qərarı verilib; Şevval Şahin və Şeyma Subaşı xaricdə qaçaq kimi müəyyən ediliblər. Eyni araşdırmada barələrində həbs qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapıla bilməyib.
Fidan
Milli.Az