Hülya Avşar hicab bağladı - FOTO

22 Dekabr 2025 17:00

Türkiyəli aktrisa Hülya Avşar uzun fasilədən sonra ATV-də yayımlanacaq "Aynı yağmur altında"  serialı ilə ekranlara qayıdıb.

Milli.Az xəbər verir ki, aktrisa yeni rolu Fazilet Aydan üçün hicab taxaraq imic dəyişikliyi edib.

Serialın çəkilişləri Londonda başlayıb və xarici səhnələr ilə diqqət çəkir. Hülya Avşarın məşq görüntüləri sosial mediada geniş müzakirə yaradıb. 

Qeyd edək ki, serialın aktyor heyətində Hülya Avşardan əlavə Nilsu Berfin Aktaş, Burak Tozkoparan, Fikret Kuşkan, Taro Emir Tekin, Bahar Şahin, Levent Ülgen, Deniz Uğur, Erkan Can, Mine Çayıroğlu, Sarp Bozkurt və Türkü Turan yer alır.

Fidan
Milli.Az