Müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində verdiyi açıqlamada qarşılaşdığı hörmətsiz münasibətdən danışıb və narazılığını ifadə edib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, menecerinə zəng edən bir kişi onu toyuna dəvət etmək istəyib, lakin Nadir bu müraciət formasından narazı qalıb:
"Mənim menecerimə zəng gəldi. Bir kişi dedi ki, 'Nadiri toya dəvət etmək istəyirəm'. Mən belə şeylərdən xoşlanmıram. İnsana müraciət forması var: bəy, müəllim, xanım, xala və s. Telefonu götürdüm və dedim ki, 'Gəlmirəm sənin toyuna, çünki sən tərbiyəsizsən!'".
Qafarzadə vurğulayıb ki, adında "x" hərfi olmayanlara hörmət göstərmək məcburiyyətində deyil:
"Bəzən heç bir hörmətə layiq olmayan, adında 'x' olmayan birinə hörmət edib başınızın üstünə qaldırırsınız. Mən də mənəm, danışmağa haqqım var. Mən layiq olmasam belə, bəs sənin danışıq mədəniyyətin haradadır? Əgər mən pisəmsə, elə et ki, mən səndən utanım. Belə insanların pulu da mənə lazım deyil".
Sənətçinin sözləri sosial şəbəkələrdə izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Milli.Az