Miqren tutması bir çox insanın gündəlik fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır. Mütəxəssislər bildirir ki, miqren başlayan gün düzgün davranış ağrının şiddətini azaltmağa kömək edə bilər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq mühitdə dincəlmək tövsiyə olunur. Parlaq işıq, yüksək səs və ekranlara uzun müddət baxmaq ağrını daha da gücləndirə bilər.
Həmin gün bol su içmək, ağır və yağlı qidalardan uzaq durmaq vacib sayılır. Kofeinli içkilər bəzi hallarda ağrını azaltsa da, həddindən artıq qəbulu əks təsir göstərə bilər.
Mütəxəssislər stressdən mümkün qədər uzaq qalmağı, fiziki yüklənməni azaltmağı və yüngül nəfəs məşqləri etməyi məsləhət görürlər. Əgər həkim tərəfindən təyin olunmuş dərmanlar varsa, onlar yalnız tövsiyə edilən qaydada qəbul edilməlidir.
Qeyd olunur ki, miqren tutmaları tez-tez təkrarlanırsa, mütləq nevroloqa müraciət edilməli və fərdi müalicə planı hazırlanmalıdır.
Asya
Milli.Az