Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB

21 Dekabr 2025 23:51

Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri bəlli olub.

Milli.Az-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər - 1993-cü il təvəllüdlü C. İsaqlı, 2003-cü il təvəllüdlü S. Şükürov, 2004-cü il təvəllüdlü X. Əliyev, 2005-ci il təvəllüdlü S. Şükürov və 2008-ci il təvəllüdlü T. İsmayılov xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.

-------
Mingəçevirdə iki minik avtomobili toqquşub, yaralılar var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil "VAZ 2106" ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az