Siqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin şəkərli qidalar dişlərin saralmasına və ləkələnməsinə səbəb olan əsas amillərdir. Hətta ağız gigiyenasına ciddi əməl edənlərdə belə zamanla rəng dəyişimi müşahidə oluna bilər.
Milli.Az xəbər verir ki, bu ləkələrdən ev şəraitində, təbii yollarla xilas olmaq mümkündür.
Dişlərin parlaqlığını qorumaq üçün ən vacib addım gündəlik fırçalama və diş ipindən istifadədir. Bununla yanaşı, aşağıdakı üsullar da kömək edə bilər:
Qida sodası: Yüngül aşındırıcı xüsusiyyəti ilə səthdəki ləkələri təmizləyir. Su ilə qarışdırıb məcun halına gətirərək həftədə bir neçə dəfə istifadə etmək olar.
Hidrogen-peroksid: Ağardıcı təsirə malikdir və bakteriyaları öldürür. Su ilə yarı-yarıya qarışdırıb qarqara kimi istifadə edilə bilər.
Kokos yağı ilə qarqara: Bir xörək qaşığı kokos yağını 10-20 dəqiqə ağızda saxlamaq bakteriya və ərp yaranmasını azaldır.
Alma sirkəsi: Ləkələri çıxarmağa kömək edir, lakin turşuluğu yüksək olduğu üçün çox tez-tez istifadə edilməməlidir.
Çiyələk: Tərkibindəki malik turşusu sayəsində dişləri ağardır. Əzilmiş çiyələyi dişlərin üzərində 5-10 dəqiqə saxlamaq kifayətdir.
Banan qabığı: Qabığın daxili hissəsi ilə dişləri sürtmək tərkibindəki maqnezium və kalium sayəsində ağardıcı təsir göstərir.
Aktivləşdirilmiş kömür: Toksinləri və ləkələri özünə çəkir. Toz halında diş fırçası ilə tətbiq olunur.
Diş aralarının təmizliyi ümumi ağlıq üçün çox önəmlidir. Bunun üçün:
Diş ipindən mütləq istifadə edin: Fırçanın çatmadığı yerlərdəki qalıqları və ərpi yalnız diş ipi təmizləyir.
Antiseptik qarqaralar: Diş aralarındakı bakteriya balansını qoruyur və ləkə görünüşünü azaldır.
Ağardıcı məcunlar: Diş aralarına nüfuz edən xüsusi tərkibli məcunlara üstünlük verin.
Soda və aktiv kömür kimi aşındırıcı maddələrin həddindən artıq istifadəsi diş minasınə zərər verə bilər. Bu üsulları həftədə 1-2 dəfədən çox tətbiq etmək tövsiyə olunmur.
Əgər təbii üsullar kifayət etmirsə, stomatoloq tərəfindən tətbiq olunan lazerlə ağartma proseduru ən effektiv həlldir. Bu prosedur zamanı dişlərə xüsusi ağardıcı gel çəkilir və lazer işığı ilə aktivləşdirilir. Cəmi bir saat ərzində dişlər bir neçə ton ağarır.
Lalə Qüdrətova
Milli.Az