Juninyo: "Bunu heç bir pul ala bilməz"

21 Dekabr 2025 20:18

Meksikanın "Pumas" klubuna transfer olunan "Flamenqo"nun oyunçusu Juninyo Braziliya klubu ilə vidalaşıb. 

Milli.Az xəbər verir ki, sabiq "Qarabağ"lı sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Bir dövr sona çatır və əminliklə deyə bilərəm ki, bu, bir yuxu idi. Müqəddəs formanı geyinmək hər adama nəsib olmur və 2025-ci ilin bu qalib tarixinin bir parçası olmaq mənim üçün böyük şərəf idi. "Flamenqo"ya uşaqlıq arzum olan Marakana stadionunda oynamaq və titullar qazanmaq üçün gəldim - bunu heç bir pul almaz.

"Həyatımda nə vaxtsa yaşayacağımı düşünmədiyim bir şeyi yaşamaq mənə nəsib oldu. Qısa müddət əvvəl televizordan izlədiyim böyük futbolçuları tanıdım, klub əfsanələrinin hekayələrini eşitdim və pərəstişkarı olduğum bir çox oyunçu ilə eyni soyunub-geyinmə otağını paylaşdım. Bəli, bütün bunları yaşadım və hamınız təşəkkür edirəm. Azarkeşlərə gəlincə - o qırmızı-qara dəniz... Həyatımda gördüyüm ən möhtəşəm mənzərə idi. Adımı oxuyaraq səsləndirdiklərini eşitdim... Üstəlik avtobusumuza girən çılğınlar və yalnız "Flamenqo" azarkeşlərinin bacardığı hadisələr idi... Bunu izah edə bilmirəm. Bunu yalnız yaşayan anlayar! Və mən yaşadım, tarix yazdım və indi bunu danışa bilirəm! Təşəkkürlər!", deyə o, qeyd edib. (Offsideplus.az)

Milli.Az