İlin ən yaxşı futbolçusu sualına Qurbanovdan cavab

21 Dekabr 2025 20:12

İlin ən yaxşı futbolçusu kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Ola bilsin ki, Bəhlul daha stabil çıxış etdi. Elvin Cəfərquliyevin də çox yaxşı oyunları oldu.

Milli.Az-ın Teleqraf-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

53 yaşlı mütəxəssis "2025-ci ilin ən yaxşı futbolçusu" adına namizəd olaraq kimi gördüyü ilə bağlı suala belə cavab verib:

"Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını çəksəm, bəlkə də yanlışa yol vermiş olaram".

Milli.Az