Naxçıvanda ər-arvad dəm qazından öldü

21 Dekabr 2025 17:50

Naxçıvanda ər-arvad dəm qazından ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib.

Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az