Kürdəxanıda iki avtomobil toqquşub, 19 yaşlı gənc ölüb - FOTO

21 Dekabr 2025 16:55

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "77-GK-835" dövlət nömrə nişanlı "Hummer" və "99-TY 561" dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "Opel" avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Milli.Az