Namiq Qaraçuxurludan Ağakərimə vida paylaşımı: “Uşaqlığımızın kumiri idi” - FOTO

21 Dekabr 2025 17:14

Meyxanaçı Namiq Qaraçuxurlu bir neçə gün əvvəl dünyasını dəyişən həmkarı Ağakərimlə bağlı duyğusal paylaşım edib.

Milli.Az xəbər verir ki, sənətçi mərhum meyxanaçının fotosunu sosial şəbəkə hesabında paylaşaraq onun xatirəsini ehtiramla anıb. Namiq Qaraçuxurlu paylaşımında Ağakərimi uşaqlıq illərinin kumiri adlandırıb və onun sənətdə özünəməxsus yeri olduğunu vurğulayıb:

"Uşaqlığımızın kumiri, kəsərli sözü, qeyri-adi səsi və fərqli deyiliş tərzi olan ustad Kərim... Allah sənə rəhmət eləsin".

Qaraçuxurlu mərhum sənətkarın Azərbaycan meyxanasına verdiyi töhfələrin unudulmaz olduğunu qeyd edərək, onun yaddaşlarda daim yaşayacağını bildirib. Paylaşım qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, bir çox sənət dostu və pərəstişkar mərhum ifaçı üçün başsağlığı və dualarını yazıb.

Qeyd edək ki, Ağakərim uzun müddət əvvəl insult keçirmiş, son illərdə isə yataq xəstəsi kimi müalicə alırdı. O, səhhətindəki ciddi problemlərə baxmayaraq, meyxana sənətində özünəməxsus üslubu, kəsərli sözləri və fərqli səs tembri ilə tanınırdı. Mərhum sənətkar Azərbaycan meyxanasında dərin iz qoymuş ustadlardan biri kimi xatırlanır.

Kənan
Milli.Az