Sabah duman olacaq

21 Dekabr 2025 14:50

Dekabrın 22-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakı tədbirləri görmək tövsiyə olunur:

• Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.

• Dönmə və əyləc manevrlərini əvvəlcədən planlaşdırın.

• Yaxın məsafədə olan nəqliyyat vasitələri ilə aranı qoruyun.

• Dumanlı hava şəraitində uzaq işıqları deyil, yaxın işıqları istifadə edin.

• Zərurət olmadıqda ötmə manevrindən çəkinin.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin bu tövsiyələrə əməl etməsi vacibdir.

Milli.Az