Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya aparılıb.
Ev dustaqlığında olan keçmiş dövlət başçısı qarın nahiyəsində hiss etdiyi güclü ağrılar səbəbilə tibbi müəssisəyə yerləşdirilib.
Milli.Az-ın məlumatına görə, bu barədə "La Nacion" qəzeti etibarlı mənbələrə istinadən xəbər yayıb.
Həkimlərin müayinəsindən sonra Kristina Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub və ona cərrahi əməliyyat olunub.
Xatırladaq ki, Kristina Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinaya prezidentlik edib. O, 2022-ci ilin dekabrında Santa-Krus əyalətində infrastruktur layihələri ilə bağlı korrupsiya işi üzrə məhkəmənin qərarı ilə altı il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az