Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.
Yohannesburq şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində baş verən atışma nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Milli.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" yerli polisə istinadən xəbər yayıb.
Polisin açıqlamasında bildirilib ki, naməlum silahlı şəxs kənd ərazisində insanlara atəş açıb. Hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
Milli.Az