“Beşiktaş” və "Fənərbaxça" qələbə qazanıb

20 Dekabr 2025 23:13

Türkiyə Super Liqasında növbəti qarşılaşmalar yekunlaşıb.

Milli.Az xəbər verir ki, günün ilk oyununda "Konyaspor" doğma meydanda "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Tərəflər hər hissədə bir dəfə fərqlənsə də, qalib müəyyənləşməyib.

Digər qarşılaşmada "Fənərbaxça" səfərdə "Eyüpspor" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. "Sarı-lacivərdlilər" oyuna tam nəzarət edərək üç xalı aktivinə yazdırıb.

Günün son matçında isə "Beşiktaş" evdə "Rizespor"u minimal hesabla məğlub edib - 1:0.

Milli.Az