Kommunal xərcləri artıran səhvlər - Kombi istifadəsində qənaət tövsiyələri

21 Dekabr 2025 20:00

Kombilərinizin illik baxımı aparılmadıqda, onlar daha çox qaz sərf edir və nasazlıqlar əlavə xərclərə səbəb olur. Radiatorun yetərincə isinməməsi, isti suyun gec gəlməsi və ya radiator işləyərkən isti suyun olmaması kimi problemlər tez-tez rast gəlinir.

Milli.Az xəbər verir ki, qış aylarında kombini davamlı olaraq açıb-bağlamaq əvəzinə, aşağı və sabit temperaturda işlətmək həm cihazın ömrünü uzadır, həm də faturanı azaldır.

Filtr yoxlanmasının gecikməsi nasazlıqlara və gözlənilməz xidmət xərclərinə yol açır.

Radiatorlar havanı otağa yayaraq istilik təmin edir. Əgər önünü mebel, uzun pərdələr və ya digər əşyalarla bağlasanız, hava dövranı pozulur, istilik əşyalar tərəfindən udulur və ya pəncərə tərəfə yönələrək itir. Nəticədə otaq istədiyiniz kimi isinmir.

Radiatorun önündə ən az 15-20 sm boşluq saxlayın, mebel və digər əşyalarla örtməyin. Pərdələri qısa saxlayın.

Qapı və pəncərələrdə sızmaların qarşısını almaq üçün izolyasiya edin.

Otaq kifayət qədər isinmişkən əlavə istilik mənbələrindən istifadə etməyin.

Lalə Qüdrətova
Milli.Az