"Atletik"in cinah oyunçusu Niko Villiams Premyer Liqadan gələn marağa baxmayaraq, transfer üçün" Real Madrid" variantını prioritet hesab edir.
Milli.Az xəbər verir ki, məlumata görə, futbolçu "Barselona"nın transfer ödənişini ödəyə bilməyəcəyini bildiyi üçün "kral klubu"na keçid üzərində dayanıb.
Niko La Liqa və İspaniyada qalmaqda qətiyyətlidir və ən gec gələn yaydan etibarən "Santiaqo Bernabeu"ya keçidi reallaşdırmaq istəyir.
Bu isə Premyer Liqa klublarının marağına baxmayaraq, futbolçunun karyerasını İspaniyada davam etdirmək istədiyini göstərir. (Offsideplus.az)
Milli.Az