"Sosial şəbəkənin nə yaxşı tərəfi var? Hansı müasirlikdən danışırsınız? Müasirlik TikTok-da, sosial şəbəkədə pozğunluğu təbliğ etmək deyil. TikTok pozğunluqdur. Bunu müasirliklə əlaqələndirməyin".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində deyib. Sənətçi sosial şəbəkələri tərbiyəsizlik adlandırıb:
"Mahnıya qulaq asan yoxdur. Mahnı qoymuşam 7 min baxış gəlib. Nəvəmlə foto qoymuşam 2 milyon baxılıb. Sənət lazımdır? Biri çıxıb buna "stop" deməlidir. TikTok tərbiyəsizlərini xalqın gözünə soxursunuz, tanıdırsınız".
Milli.Az